Fraxtverənə və ya anbara təhvil verilmiş mallarla bağlı sahiblik sənədlər vasitəsilə də ötürülə bilər. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Belə malları təmsil edən order sənədi verildikdə, həmin sənədin təqdim olunması malın özünün verilməsi hesab edilir. Bu qayda malların fiziki daşınmasına ehtiyac olmadan sahiblik münasibətlərinin rəsmiləşdirilməsinə imkan yaradır. Eyni mala münasibətdə həm order sənədini vicdanla əldə edən, həm də malın özünü vicdanla əldə edən şəxs olduqda, üstünlük malı əldə edən şəxsə verilir. Beləliklə, qanunvericilik bu hallarda hüquqların müəyyənləşdirilməsi üçün xüsusi meyar nəzərdə tutur.