Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.
Heftelik.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gözəllik xidmətləri göstərən şəxslərə münasibətdə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququnun 5 il müddətinə verilməsi (nağd dövriyyə 8%, nağdsız dövriyyə 6%), habelə ƏDV ödəyicisi kimi gözəllik xidmətləri göstərən şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
