Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib.
Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib.
Mərkəzi Bank 2026-cı il iyunun 22-dək bu binada fəaliyyət göstərib.
Həmin tarixdən AMB fəaliyyətini Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada davam etdirir.
