Beyləqanın Bahar qəsəbəsindən keçən avtomobil yolunda qəza baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, hadisə noyabrın 17-də saat 16:30 radələrində qeydə alınıb.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi su arxına aşıb.

Nəticədə sürücü ölüb, 1967-ci il təvəllüdlü sərnişin, Beyləqan sakini Həbib Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.