Hərbi qulluqçuların fərdi yaşayış evi tikməsi və ya ev alması üçün müəyyən dəstək mexanizmləri nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya ev alınmasında iştirak etmək istəyən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına kömək göstərməlidirlər. Bu yardım tikinti işlərinin aparılmasını və tikinti materiallarının alınmasını əhatə edə bilər. Qanunun təqdim edilən mətnində torpaq sahələrinin ayrılması ilə bağlı əvvəlki ifadə çıxarılıb. Beləliklə, mənzil tikintisi və ev alınması sahəsində dəstək qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir.