
Vəzifələrini nümunəvi yerinə yetirən və xidmətdə yüksək nəticələr göstərən polis əməkdaşları həvəsləndirilə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Həvəsləndirmə tədbirləri sırasında təşəkkür elan edilməsi və pul mükafatı verilməsi yer alır. Polis əməkdaşı qiymətli hədiyyə, fəxri fərman və ya fəxri döş nişanı ilə də mükafatlandırıla bilər. Qanun şəxsi silahla mükafatlandırma və vaxtından əvvəl növbəti xüsusi rütbə verilməsi imkanlarını da nəzərdə tutur. Bundan başqa, xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı verilməsi də həvəsləndirmə növlərindəndir.
