Gürcüstanın paytaxtı Tbilisinin Krtsanisi rayonunun Zemo Poniçala qəsəbəsində yaşayış binasında partlayış baş verib, nəticədə binanın bir hissəsi dağılıb.

Heftelik.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb.

İlkin məlumatlara əsasən, partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir.

Dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb.

Xilasediciilər dağıntılar altında qalan sonuncu şəxsin axtarışlarını aparırlar.

İkisi uşaq olmaqla, partlayış zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.