Yerli büdcənin öz gəlirləri ilə təmin olunmayan xərcləri büdcə kəsiri hesab edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Belə kəsirin örtülməsi üçün dövlət büdcəsindən dotasiya ayrıla bilər. Dotasiya yerli büdcənin maliyyə imkanları ilə xərcləri arasında yaranan fərqin aradan qaldırılmasına xidmət edir. Bu mexanizm bələdiyyələrin maliyyə ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub.

