Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, “Büdcə sistemi haqqında” qanun və digər qanunvericilik aktları ilə müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Muxtar respublikanın büdcəsi dövlət vergiləri, digər ödənişlər, həmin ödənişlər üzrə hesablanmış faiz və sanksiyalar, eləcə də başqa daxilolmalar hesabına formalaşır. Büdcə vəsaitləri muxtar respublikanın sosial və iqtisadi inkişafı üçün istifadə edilir. Həmin vəsaitlər əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə də yönəldilir.