Yerli büdcənin icrası zamanı gəlir mənbələrindən daxilolmaların azalması büdcə kəsirinin müəyyən edilmiş son həddi aşmasına səbəb olarsa, xərclərin bir hissəsinə sekvestr tətbiq edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Sekvestr müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərin azaldılmasını nəzərdə tutur. Yerli büdcənin icrasına nəzarəti bələdiyyə həyata keçirir və təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğu yoxlayır. Bu məqsədlə bələdiyyələr ildə ən azı bir dəfə müstəqil auditorları cəlb edir, dövlət orqanlarının verdiyi əlavə səlahiyyətlər üçün ayrılmış vəsaitlərin istifadəsinə nəzarəti isə həmin orqanlar həyata keçirirlər.

