Əmlak inzibatçısı təyin olunduqdan dərhal sonra bu barədə borcluya bildiriş göndərməli və onun iflası haqqında rəsmi dövri mətbu nəşrdə iki dəfə elan dərc etdirməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Elanların dərc edilməsi arasında ən azı 7 günlük fasilə olmalıdır. Əmlak inzibatçısı təyinatından sonra ən qısa müddətdə borclunun əmlakının mühafizəsi və onun fəaliyyətinə nəzarət edilməsi üçün tədbirlər görməlidir. O, həmçinin borclunun maliyyə vəziyyətini təhlil etməli və yalandan və ya qəsdən müflis elan olunma əlamətləri aşkar etdikdə bu barədə rəyini müvafiq məhkəməyə təqdim etməlidir. Beləliklə, inzibatçının ilkin vəzifələri borclunun əmlakının qorunması və iflas prosesinin şəffaf aparılmasına yönəlib.
