
İnsanların sağlamlığı və ətraf mühit üçün təhlükəli olan malların istehsalı, idxalı və satışı qadağan edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri təhlükəli məhsulların bazara daxil olmasının qarşısının alınmasıdır. Bu siyasət çərçivəsində istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq da nəzərdə tutulur. Eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birliklərin fəaliyyəti üçün müvafiq şərait yaradılmalıdır. Dövlətin bu sahədəki fəaliyyəti istehlakçıların qanuni maraqlarının qorunmasına və təhlükəsiz məhsullardan istifadə imkanlarının təmin edilməsinə yönəlib.
