Elm və Təhsil Nazirliyi mediada Qarabağ Universitetinin tələbələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Heftelik.az-a verilən xəbərə görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.
Qeyd edilib ki, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.
Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb: “Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”.
Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşdı, oğlanı qovdular – TƏFƏRRÜAT
