Xaçmaz rayonunda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” markalı avtomobildə olan sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, xəsarət alan sərnişinlər Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildiriib ki, Quba -Xaçmaz yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (5 qadın, 2 kişi) 22 noyabr saat 21:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilib. 2015-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib. 2020-ci il (qadın) və 1990-cı il (kişi) təvəllüdlü şəxslərin müalicəsi müəssisənin müvafiq şöbələrində davam etdirilir.
Qeyd edilib ki, digər 4 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
