İran düşmənin addımlarına qəti cavab verməyə və döyüşün coğrafiyasını dəyişməyə hazırdır.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdəki çıxışı zamanı regionda baş verən son hadisələrə münasibət bildirərkən deyib.
“Sözümüz əvvəldə dediyimiz kimidir. İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və heç bir danışıq aparılmayacaq”, – parlamentin sədri vurğulayıb.
Qalibaf ABŞ Prezidenti və maliyyə nazirinin son bəyanatlarına da toxunaraq bildirib ki, İranın mövqeyi aydın və dəyişməzdir.
