Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

Heftelik.az xəbər verir ki, Okan Burukun yetirmələri V tur çərçivəsində İngiltərənin “Aston Villa” klubunu qəbul edib.

“RAMS Park” stadionunda keçirilən gərgin keçən oyunun taleyini 1 qol həll edib. Deniz Gül 77-ci dəqiqədə fərqlənib. Topa başla zərbə endirərkən həm də rəqib komandanın oyunçusunun ayaq zərbəsinə tuş gəlib. Qələbə sevincini qeyd edən Dəniz Gülə daha sonra tibbi personal yardım edib, o, sarğıyla oyuna qayıdıb.