Təminatlı kreditorlar qrupunda sağlamlaşdırma planının qəbul edilməsi üçün tələblərin məbləğinin üçdə ikisindən artıq hissəsinə malik kreditorların razılığı tələb olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Səsvermədə yalnız planın qəbul edilməsi nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edə bilərlər. Borclunun aidiyyəti şəxsləri olan təminatlı kreditorların tələbləri səsvermə zamanı nəzərə alınmır. Bu məhdudiyyət həmin kreditorların səslərinin planın qəbuluna təsir göstərməsinin qarşısını alır. Beləliklə, qərarın qəbulunda təminatlı kreditorların real tələb məbləği əsas götürülür.

