Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, noyabrın 24-ü saat 16 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova Yasamal rayonunda yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

O, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.