Bakıda kişi arvadını döyüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

35 yaşlı Aydın Talıbov (şərti adla) gecə saat 3-4 radələrində yaşadıqları evdə qeyri-rəsmi münasibətdə yaşadığı Sənəmlə (şərti adla) qısqanclıq zəminində mübahisə ediblər. Mübahisə zamanı Aydın əvvəlcə əli ilə qadının baş və boyun nahiyələrinə, sonra isə tozrosanın metal borusu ilə qollarına və ayaqlarına zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Zərərçəkənin şikayəti əsasında hadisə ilə bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. O, əməlindən peşman olduğunu və zərərçəkənə dəymiş ziyanı ödədiyini deyib. Zərərçəkən də həmçinin Aydına qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə A. Talıbov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.