Bir neçə gün əvvəl Naxçıvanın Culfa rayonunda baş verən yol qəzasında xəsarət almış qadın xəstəxanada vəfat edib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, avtomobil vurması nəticəsində yaralanan 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.