
Borclunun əmlakını hərracda alan şəxs, əmlak inzibatçısı ilə başqa razılaşma olmadığı halda, satış qiymətini hərrac tarixindən sonra ən geci 7 gün ərzində ödəməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Alıcı müəyyən edilmiş müddətdə ödəniş etmədikdə əmlak inzibatçısı həmin əmlakı başqa şəxsə sata bilər. Bu halda öhdəliyini yerinə yetirməyən alıcıdan yenidən təşkil edilən satışın xərcləri tələb oluna bilər. Həmçinin ilkin hərracda təklif edilmiş qiymətlə sonrakı satışda müəyyən olunan qiymət arasındakı fərqin əvəzinin ödənilməsi tələb edilə bilər. Beləliklə, hərracda qalib gələn alıcının ödəniş öhdəliyini vaxtında yerinə yetirməməsi onun üçün əlavə maliyyə məsuliyyəti yarada bilər.
