Abşeronda usta avtomobilin ehtiyat hissələrini oğurlayıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, avtomobil sahibi “Mercedes” markalı nəqliyyat vasitəsini təmir üçün ustaya təhvil verib.
Təmir məntəqəsində avtomobilin 4 min manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.
Polisin keçirdiyi tədbirlərlə oğurluğu edən usta, 28 yaşlı T.Teymurov saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
