Barışıq sazişi təsdiq edildikdən sonra onun icrasına nəzarəti əmlak inzibatçısı həyata keçirir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Əmlak inzibatçısı sazişin şərtlərini nəzərə almaqla nəzarət səlahiyyətlərini başqa şəxslərə də verə bilər. Bu şəxslər arasında borclunun müdiri də ola bilər. Belə səlahiyyətlərin verilməsi inzibatçının məqsədəuyğun hesab etdiyi hallarda mümkündür. Barışıq sazişində nəzərdə tutulan məbləğdə əmlak inzibatçısının haqqını isə borclu ödəməlidir.