İran Küveytə dron zərbəsi endirib.
Heftelik.az ANSA-ya istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Almaniyanın “Rheinmetall” şirkətinin İtaliyadan olan iki əməkdaşı ölkənin strateji əhəmiyyətli infrastruktur obyektinə qarşı dəf edilən hücum zamanı vurulan dronların parçalarının zərbəsindən ölüblər.
Məlumata əsasən, ölən italiyalılar mart ayından etibarən İranın mümkün cavab hücumlarından Körfəz ölkələrini qorumaq və İtaliyanın enerji təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə göndərilmiş hərbi və mülki heyətin tərkibində olublar.
Qeyd edək ki, Küveytdə pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün “Rheinmetall” şirkətinin “Skynex” zenit müdafiə sistemi yerləşdirilib.
