Müəssisənin passivi onun borc və cəlb edilmiş vəsaitlərdən yaranan öhdəliklərini əhatə edir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Qanunda kreditor borcu da müəssisənin passivlərinin tərkib hissəsi kimi göstərilir. Borc və cəlb edilmiş vəsaitlər bu anlayışa daxildir. Bununla belə, subvensiyalar, dotasiyalar və digər bu qəbildən olan vəsaitlər passiv anlayışına daxil edilmir. Müəssisənin passivləri onun kreditorlar qarşısında öhdəliklərinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir.
