Hər bir kreditorlar qrupu kreditorlar yığıncağının səsverməsində özünün seçdiyi bir üzv vasitəsilə iştirak etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Qrup yalnız bir kreditordan ibarət olduqda həmin kreditor səsvermədə şəxsən iştirak edir. Səsvermədə iştirak edən kreditorlar qruplarının üzvləri bərabər hüquqlara malikdirlər. Yığıncağın qərarı iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir və hər qrupun bir üzvü bir səsə malik olur. Səslər bərabər olduqda yığıncağın sədrinin səsi həlledici sayılır, sədr isə kreditorlar yığıncağı tərəfindən seçilir.
