Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.

İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin axtarışlarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Allahverdiyevin meyiti batdığı yerdən 10 kilometr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.