İnvestisiya tədqiqatı ictimaiyyət üçün nəzərdə tutulan və investisiya strategiyası barədə tövsiyə və ya təkliflər irəli sürən araşdırmadır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Belə tədqiqat bir və ya bir neçə qiymətli kağıza, törəmə maliyyə alətinə və ya onların emitentlərinə aid ola bilər. Araşdırmada qiymətli kağızların və törəmə maliyyə alətlərinin cari və ya gələcək qiymətləri də nəzərə alına bilər. İnvestisiya tədqiqatını hazırlayan şəxs maliyyə tədqiqatçısı adlandırılır. Bu anlayışlar qiymətli kağızlar barədə ictimaiyyətə təqdim olunan analitik məlumatların hüquqi çərçivəsini müəyyənləşdirir.

