Büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri barədə hesabat formaları və onların təqdim olunma dövriliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Hesabat formaları müəyyənləşdirilərkən Hesablama Palatasının və müvafiq fondların rəyi nəzərə alınır. Fondlar hesabatları aidiyyəti dövlət orqanlarına və Hesablama Palatasına təqdim edirlər. Həmin hesabatlar rübdə bir dəfə mətbuatda dərc olunur.

