Hərbi qulluqçular ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyət almaq hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə 10 günlük qısamüddətli məzuniyyət verilə bilər. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə mükafatlandırma qaydasında da belə məzuniyyət verilməsi nəzərdə tutulur. Bundan başqa, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və ya xəstəliyinə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara xidmətdən buraxılma məsələlərini həll etmək üçün üç aylıq növbəti məzuniyyət verilir. Bu hüquqlar hərbi qulluqçuların ailə və şəxsi vəziyyətlərinin nəzərə alınmasına xidmət edir.