Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan ərazisində bütün orqanlar, hüquqi və fiziki şəxslər üçün məcburidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İcra məmurlarının tələblərini yerinə yetirməyən və onların vəzifələrinin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qərarların pul vəsaitlərinin tutulmasına dair tələbləri isə qanunda nəzərdə tutulan hallarda vergi orqanları, banklar, digər kredit təşkilatları və elektron pul təşkilatları tərəfindən icra edilə bilər.
Bu orqanlar, təşkilatlar və şəxslər məcburi icra orqanları sayılmır.

