Bələdiyyə büdcələrinin gəlir və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks etdirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir. Müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir. Bu mexanizm büdcə əməliyyatlarının informasiya sistemində əks olunmasını və ödənişlərin müəyyən edilmiş qaydada aparılmasını nəzərdə tutur.

