Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququ dövlət tərəfindən qorunur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Pensiya təminatının əsasları və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Bu hüquq hərbi xidmət başa çatdıqdan sonra hərbi qulluqçuların sosial müdafiəsinin davam etdirilməsinə xidmət edir. Qanun onların ailə üzvlərinin də pensiya təminatı hüququnu nəzərdə tutur. Pensiyanın təyin edilməsi və ödənilməsi müvafiq qanunvericilik normalarına uyğun həyata keçirilir.