Əşyaya sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda, sahib pozuntuya yol verən şəxsdən bu hərəkətlərə son qoyulmasını tələb edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Pozuntuların davam edəcəyindən ehtiyat olduqda sahib onların aradan qaldırılması üçün məhkəməyə iddia ilə müraciət edə bilər. Qanunvericilikdə bu cür iddialar üçün xüsusi şərtlər nəzərdə tutulub. Sahib qəsddən və təqsirkar şəxsdən xəbər tutduqdan dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etməlidir. İddia müddəti qəsd və təqsirkarın nə vaxt məlum olmasından asılı olmayaraq, məhrumetmə və ya pozuntu anından etibarən bir il təşkil edir.

