Polis əməkdaşı xidmətdən xaric edilməsi ilə bağlı qərardan şikayət etmək hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Əməkdaş belə qərarla razılaşmadıqda tabeliyi üzrə yuxarı orqana müraciət edə bilər. O, həmçinin məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Xidmətdən xaric edilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur. Bu mexanizm polis əməkdaşının hüquqlarının müdafiəsi üçün nəzərdə tutulub.