Tədbirlər planı Mərkəzi Bank tərəfindən təsdiqləndikdən sonra bankın müvəqqəti idarə edilməsi və ya ləğvi həmin plan əsasında həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Plan bankın ödəmə qabiliyyətinin bərpası və ya ləğvi ilə bağlı əsas tədbirləri müəyyən edir. Mərkəzi Bank təsdiq edilmiş tədbirlər planına əlavə və dəyişikliklər etmək səlahiyyətinə malikdir. Beləliklə, bankın sonrakı idarə edilməsi və rezolyusiya prosesi təsdiqlənmiş plan və onun mümkün yenilənmiş variantları əsasında aparılır.

