Lənkəranda bir ailənin üzvləri qidadan zəhərlənib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan 9 nəfərin evdə hazırlanan turşudan zəhərləndiyi bildirilir.
Onlar zəhərlənmə əlaməti ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
