İnvestisiya qiymətli kağızları buraxılışlar üzrə yerləşdirilir və eyni buraxılış çərçivəsində təsdiqlənən hüquqlar eyni olmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Bir buraxılış eyni növə aid, eyni dövlət qeydiyyat nömrəsinə və nominal dəyərə malik investisiya qiymətli kağızlarının toplusudur. Səhmdar cəmiyyətinin emissiya etdiyi səhmlərin nominal dəyəri eyni olmalıdır. Səhmlərin nominal dəyəri yalnız milli valyutada ifadə edilə bilər. İstiqrazların nominal dəyəri isə həm milli, həm də xarici valyutada müəyyənləşdirilə bilər.