Hərbi qulluqçular müəyyən xidmət şəraitində ümumi vəzifələrindən əlavə xüsusi vəzifələri də yerinə yetirirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Belə vəzifələrə döyüş növbəsində, döyüş xidmətində, gündəlik və qarnizon növbələrində iştirak daxildir. Hərbi qulluqçular təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına cəlb edildikdə də xüsusi vəzifələri icra edirlər. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda da onların üzərinə xüsusi xidmət öhdəlikləri qoyula bilər. Bu vəzifələrin məzmunu və yerinə yetirilməsi qaydası qanunvericilik, Silahlı Qüvvələrin nizamnamələri və digər normativ aktlarla müəyyən olunur.
