Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Goranboy sakini Tural Əliyevin idarə etdiyi “İnfinti” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva ölüb.
