
İş görən və ya xidmət göstərən icraçı istifadə etdiyi əşyanın və materialın korlanmasına səbəb ola biləcək xüsusi xassələri barədə istehlakçını əvvəlcədən xəbərdar etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, elmi və texniki biliklərin səviyyəsi həmin materialların xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. İcraçının iş görmək və xidmət göstərmək üçün istehlakçıdan qəbul etdiyi əşyanın və materialın dəyəri müqavilə bağlanarkən müəyyənləşdirilir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı istehlakçının həyatını, sağlamlığını və əmlakını təhlükəyə atan vasitələrdən istifadə edilməsinə görə də icraçı məsuliyyət daşıyır. Bu məsuliyyət tətbiq edilən materialların, avadanlıqların, cihazların, alətlərin və digər vasitələrin təhlükəli xassələrinin icraçıya məlum olub-olmamasından asılı deyil. Belə vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəydikdə, icraçı həmin zərərə görə cavabdeh olur.
