Borclunun ödəmə qabiliyyətinin sağlamlaşdırma yolu ilə bərpasının mümkünlüyü qanunazidd olmayan istənilən üsulla sübut edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Məhkəmə sağlamlaşdırma planının mümkünlüyünü və ya məqsədəuyğunluğunu müəyyən etmək üçün müstəqil ekspertlər cəlb edə bilər. Ekspertlərin fəaliyyəti ilə bağlı xərclər sağlamlaşdırma barədə məhkəməyə müraciət etmiş şəxsin üzərinə qoyulur. Bu şəxs borclu və ya kreditor, yaxud kreditorlar ola bilər. Beləliklə, sağlamlaşdırma planının əsaslandırılması üçün ekspert rəyi də əldə edilə bilər.