Texniki baxışın keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan şəxs avtomobili müvafiq orqana təqdim etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bununla yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sənəd də təqdim edilməlidir. Avtomobilin qeydiyyat şəhadətnaməsi də texniki baxış üçün tələb olunan sənədlər sırasındadır. Həmçinin qanunla müəyyən edilmiş dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsini təsdiq edən sənəd təqdim olunmalıdır. Bu sənədlər texniki baxış prosedurunun həyata keçirilməsi üçün nəzərdə tutulub.