
Nəqliyyat vasitələri duracaqlarının və qarajlarının sahibləri saxlanca təqdim edilən avtomobillərin xarici görünüşünü və komplektliyini yoxlamalıdırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Zərurət yarandıqda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və onu idarə edən şəxsin sürücülük vəsiqəsi də yoxlanılmalıdır. Yoxlanılan məlumatlar hökmən qeydə alınmalıdır. Avtomobil saxlanca qəbul edildikdə onun sahibinə və ya sürücüsünə bunu təsdiqləyən xüsusi sənəd verilməlidir. Bu qaydalar nəqliyyat vasitəsinin qəbul edilməsi və sonradan təhvil verilməsi prosesində yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.
