Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ yalnız qanunla müəyyən edilmiş hallarda müvəqqəti məhdudlaşdırıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda hüquq vəsiqə dəyişdirilənədək məhdudlaşdırılır. Yol hərəkəti qaydalarının qanunda nəzərdə tutulan hallarda kobud şəkildə pozulması da sürücülük hüququnun beş ildən artıq olmayan müddətə məhdudlaşdırılmasına səbəb ola bilər. Şəxsdə sürücülüyə mane olan xəstəlik və ya fiziki pozuntu aşkar edilərsə, məhdudiyyət xəstəlik müalicə olunanadək və ya pozuntu aradan qaldırılanadək qüvvədə qalır. Bu hallarda sürücülük hüququnun bərpası müvafiq məhdudiyyətin aradan qalxmasından asılıdır.