Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada hazırlanmalı və imzalanmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Ərizəni borclunun nümayəndəsi təqdim etdikdə ona etibarnamə və ya nümayəndənin səlahiyyətini təsdiq edən digər sənəd əlavə olunmalıdır. Həmin sənəd nümayəndənin qulluq mövqeyini təsdiq edən sənəd də ola bilər. Bu tələblər iflas haqqında müraciətin səlahiyyətli şəxs tərəfindən verildiyini təsdiqləmək məqsədi daşıyır. Ərizənin qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib və imza edilməsi məhkəməyə müraciətin əsas şərtlərindəndir.
