İflas haqqında iş üzrə məhkəmə baxışı barədə dərc edilən elanda müəyyən məlumatlar əks olunmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Elana borclunun adı və ünvanı daxil edilməlidir. Borclu ərizəçi olmadığı halda ərizəçinin adı və ünvanı da göstərilməlidir. Həmçinin məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı və iclasın təyin edilmiş tarixi elanda qeyd olunmalıdır. Elanın qanunda nəzərdə tutulan qaydada dərc edilməməsi işə baxılmanın təxirə salınmasına, dayandırılmasına və ya ərizənin baxılmadan saxlanmasına səbəb ola bilər.