Müvəqqəti əmlak inzibatçısının təyinatına bir sıra hallarda xitam verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə hallardan biri borcluya daimi əmlak inzibatçısının təyin edilməsidir. Qanunun 2-ci maddəsində göstərilən şəxslərdən hər hansı birinin müvafiq müraciəti məhkəmə tərəfindən təmin edildikdə də müvəqqəti inzibatçının təyinatı başa çatır. Həmçinin onun istefa verməsi, vəzifədən kənarlaşdırılması və ya dəyişdirilməsi bu təyinatın dayandırılması ilə nəticələnir. Əmlak inzibatçısının fəaliyyətinə mane olunması və məsuliyyəti ilə bağlı qanunun 31-ci maddəsinin müddəaları müvəqqəti əmlak inzibatçısına da şamil edilir.