Kreditorlarla bağlanan barışıq sazişi təminatlı kreditorların, eləcə də birinci, ikinci və üçüncü növbəli kreditorların hüquqlarını poza bilməz. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bu qadağa yalnız həmin kreditorların öz razılıqlarını verdikləri hallara şamil edilmir. Kreditorlar arasında qarşılıqlı razılaşma əldə olunmadıqda saziş eyni növbədə olan kreditorların növbəliliyini dəyişdirə bilməz. Təklif olunan sazişin əleyhinə səs verən və ya səsvermədə iştirak etməyən kreditorların hüquqları da digər kreditorların hüquqları ilə bərabər təmin edilməlidir. Onların alacaqları məbləğ borclunun iflas prosesinin başa çatması halında əldə edə biləcəkləri məbləğdən az olmamalıdır.