Sağlamlaşdırma prosesinə başlanılması barədə məhkəmə qərarında onun müddəti və maliyyə öhdəliklərinin yerinə yetirilməsi şərtləri göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Sağlamlaşdırma müddəti 24 aydan çox müəyyən edilə bilməz. Bütün kreditorların tələblərinin ümumi məbləğinin azı üçdə biri məhkəmə qərarının qəbul edildiyi tarixdən etibarən 12 ay ərzində ödənilməlidir. Sağlamlaşdırma prosesinə nəzarəti isə məhkəmə qərarında müəyyən edilmiş qaydada müvəqqəti əmlak inzibatçısı həyata keçirir. Bu şərtlər sağlamlaşdırmanın müddətini və kreditorlara ödənişlərin minimum həcmini müəyyən edir.